Musa Qasımlı: "Avropa dövlətlərinin belə addım atmasının bir sıra dərin səbəbləri var"
Bizi izləyin

Nida Xəbər

Musa Qasımlı: "Avropa dövlətlərinin belə addım atmasının bir sıra dərin səbəbləri var"

Rusiya-Türkiyə yaxınlaşmasından da rahatsızdırlar.

Millət vəkili, professor Musa Qasımlı Hollandiyanın və digər Avropa ölkələrinin Türkiyəyə qarşı atdıqları addımlardan danışb.

Publika.az-a danışan deputat bu addımların beynəlxalq sənədlərə zidd olduğunu qeyd edib: "Türkiyə rəsmilərinin Avropanın bəzi ölkələrinə buraxılmamasının səbəblərinə dair həmin ölkələrin rəsmilərinin verdikləri bəyanatlar əsil niyyətlərin ört-basdır edilməsi üçün yalnız bəhanə olub, imzalanmış dövlətlərarası və beynəlxalq sənədlərə ziddir. Həmin Avropa dövlətlərinin belə addım atmasının bir sıra dərin səbəbləri var. Türkiyədə xaos, anarxiya, geriləmə arzulayan və bunun üçün çalışan bəzi dairələr referendumdan "bəli" cavabı çıxdıqdan sonra Türkiyənin güclənəcəyindən, terrora ağır zərbə vurulacağından, türk hökumətinə etmək istədikləri təzyiq vasitələrinin zəifləyəcəyindən və ya aradan qalxacağından rahatsızdırlar. Həmin Avropa ölkələri eyni zamanda, Türkiyə Prezidentinin güclü olmasından, sözünü birbaşa və açıq şəkildə söyləməsindən, Milliyyətçi Hərəkat Partiyası və AKP-nin bərabər hərəkət etməsinin Avropa ölkələri üçün yarada biləcəyi problemlərdən, Avropa ölkələrindəki türk əhalisinin arasında "bəli" cavabı verənlərin sayının artmasından, referendumla əlaqə baxımından bəlkə uzaq görünsə də Rusiya-Türkiyə yaxınlaşmasından da rahatsızdırlar".

M.Qasımlı hesb edir ki, motivi nə olsursa-olsun, ölkələrə türk rəsmilərinin girişinin qadağan edilməsi Avropanın qəbul etdiyi demokratiya prinsiplərinə ziddir və qarşılıqlı münasibətlərdə xoşagələn hal deyildir.

Onun sözlərinə görə, Türkiyə hökumətinin verəcəyi cavab da adekvat, tamamilə başadüşülən və qəbuledilən olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm