Millət vəkili qəzada yaralanan tələbələrə baş çəkdi - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Millət vəkili qəzada yaralanan tələbələrə baş çəkdi - - FOTOLAR

"Bu gün orada olan iki tələbə qız əməliyyat olunublar".

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün martın 9-da Bakı-Sumqayıt yolunda qəzaya düşmüş sərnişin avtobusunda yaralanmış dörd tələbə gənci ziyarət edib.

Publika.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkədəki şəxsi səhifəsində yazıb. Tələbələrin özləri və valideynləri ilə görüşən deputat onların vəziyyəti, müalicə gedişi və xəstəxana şəraiti ilə maraqlanıb. Valideynlər şəraitdən və müalicədən razılıq edib, daim tibbi personalın diqqətində olduqlarını bildiriblər.

“Bu gün orada olan iki tələbə qız əməliyyat olunublar və əməliyyatdan sonrakı vəziyyətləri qənaətbəxşdir. Orda olduqda qızların həkimi Tamara xanım Dvanaladze ilə söhbət etdim, o əməliyyatın uğurla keçdiyini bildirdi.

Müalicə alan gənclərin ikisi qızdır. Azadə Mədətzadə və Xavər Sadıqovaya gül dəstəsi aparmışdım. Gül dəstələrini bağlatdığım Nəsimi bazarında gül satıcıları gül dəstələrini nə üçün aldığımı bildikdə məndən pul götürmədilər.

Qızlara, Rəsul Sadıqova və Emil Həmidova tezlikə sağalmağı arzu etdim”, -deyə A.Mirzəzadə qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm