Nida Xəbər
Bu gün Azərbaycanda ilaxır - torpaq çərşənbəsi qeyd olunur
Bu gün isə xalq təqvimi ilə Boz ayın sonuncu - dördüncü
çərşənbəsi olan Torpaq çərşənbəsidir. Publika.az xəbər verir ki,
xalq arasında buna “İlaxır çərşənbə” də deyilir.
İnanclara görə, bu gündə torpaq oyanır, nəfəs alır və artıq əkinə,
toxum səpininə hazır olur.
Bu çərşənbədə torpağa canlanma gəlir, o, öz qarını-buzunu əridir,
toxumunu cücərdir. Ağaclar yuxudan oyanaraq tumurcuqlanmağa
başlayır, bağ-bostan, dirrik yerləri əkinə hazırlanır.
Axır çərşənbə günü bütün evlərdə bayram süfrəsi açılır, süfrələrə
bərəkətli nemətlər qoyulur.
Cürbəcür yeməklər, əsasən plov bişirilir, süfrəyə paxlava,
şəkərbura, şorqoğalı, badambura və s. şirniyyatlar qoyulur. Bayram
xonçaları bəzədilir. Bayram xonçasının ortasına yaşıllıq nişanəsi,
təbiətin canlanmasının rəmzi olan səməni qoyulur, ətrafı isə
rəngbərəng boyanmış yumurta, qoz, fındıq, badam, innab, kişmiş,
müxtəlif meyvələrin qurusu və şirniyyatlarla bəzədilir, ailə
üzvlərinin sayı qədər şam yandırılır.
Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Süfrəyə yeddi
cür nemətin qoyulması isə müqəddəs sayılan 7 rəqəminin uğur
gətirəcəyinə işarədir.
Novruz bayramında hər evdə səməni cücərdilməlidir, cücərdərkən
niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq
deməkdir.
Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.
İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan - demək, o yaşda da gəlin gedəcəksən.
Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.
İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı