Londonda Azərbaycan səfirliyində Novruz bayramı
Bizi izləyin

Nida Xəbər

Londonda Azərbaycan səfirliyində Novruz bayramı

Azərbaycanın Londondakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycanın Londondakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə qonaqlar arasında tanınmış siyasi xadimlər və diplomatlar, iş adamları da iştirak ediblər.

Tədbirdə qonaqlara Azərbaycan mətbəxindən plov, boyanmış yumurtalar, şəkərbura, paxlava kimi nümunələr təqdim olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin xanımı Ülviyyə Tağızadə qonaqları bayram münasibətilə təbrik edib, bahar bayramının hərkəsə dinclik, xoşbəxtlik gətirməsini arzu edib. O, həmçinin səfirin Britaniyada yaşayan həmvətənlərimizə ünvanlanmış təbrikini çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm