Petrosyan bir daha tələb etdi: “Qarabağı təcili qaytaraq” – Düşmən ölkə qarışdı
Bizi izləyin

Nida Xəbər

Petrosyan bir daha tələb etdi: “Qarabağı təcili qaytaraq” – Düşmən ölkə qarışdı

Ter-Petrosyan münaqişənin “Madrid prinsipləri” çərçivəsində həllinin tərəfdarıdır.

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyan parlament seçkilərində əsas şüar olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini irəli sürür.

Publika.az xəbər verir ki, Petrosyan Dağlıq Qarabağ münaqişəsinin təcili həllinin vacibliyini vurğulayır və qeyd edir ki, “nə qədər gec deyil Ermənistanın inkişafı üçün münaqişə həll edilməlidir”.

Ter-Petrosyan münaqişənin “Madrid prinsipləri” çərçivəsində həllinin tərəfdarıdır.

Ermənistan mediasının məlumatına görə, Petrosyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı bir daha bildirib ki, ölkənin gələcək inkişafı üçün münaqişə hazırki şərtlər (ərazilərin qaytarılması-red) daxilində həll edilməlidir: “Geciksək, nəticə bizim üçün daha pis olacaq”.

Xatırladaq ki, Petrosyan ötən ilin dekabrında keçirilən partiyasının qurultayında ərazilərin qaytarılması və münaqişənin təcili həll edilməsi ideyasını gündəmə gətirmişdi.

“Erməni Milli Konqresi”nin nümayəndəsi Levon Zurabyan da dünən jurnalistlərə açıqlamasında Qarabağda sülh və ölkədə korrupsiya ilə mübarizə proqramı hazırladıqlarını bildirib.

O qeyd edib ki, seçkidə qalib gələrək, yeni hökuməti formalaşdırmaq imkanına nail olsalar, “Madrid prinsipləri” çərçivəsində Qarabağda sülh sazişinin imzalanmasını həyata keçirdəcəklər.

Qeyd edək ki, Ter-Petrosyanın bu ideyası Ermənistanda hakim dairələr tərəfindən “vətən xainliyi” olaraq təqdim edilir.

Lakin Ermənistan cəmiyyətində ərazilərin Azərbaycana qaytarılması və münaqişənin sülh yolu ilə həll edilməsi ideyasını əksəriyyət dəstəkləyir. Xüsusilə övladlarının Qarabağda ölməsini istəməyən erməni vətəndaşlar Petrosyanın ətrafında birləşiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Lragir” saytı da yazır ki, övladlarının Qarabağda ölməsini istəməyən valideynlər Levon Ter-Petrosyanı dəstəkləyir.

Hazırda Ermənistanda seçkiöncəsi vəziyyət olduqca gərgindir. Serj Sarkisyan partiyasının seçkidə qələbə çalması üçün bütün vasitələrdən istifadə edir. “Ohanyan-Raffi-Oskanyan” (keçmiş müdafiə naziri Seyran Ohanyan, “İrs” Partiyasının sədri Raffi Ovanesyan və keçmiş xarici işlər naziri Vardan Oskanyanın birgə yaratdığı blok) seçki blokunu dəstəkləyən Samvel Babayanın həbsinin də məhz əsas rəqiblərin sıradan çıxarılması gedişi olduğu hesab olunur.

Qondarma “DQR”-in keçmiş “müdafiə naziri” olmuş Babayanın aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra silahlı qiyam hazırladığına dair informasiyalar var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm