“Moskva Qarabağda münaqişəni qızışdırır, Ermənistanı...” - Vaşinqtondan SƏRT BƏYANAT
Bizi izləyin

Nida Xəbər

“Moskva Qarabağda münaqişəni qızışdırır, Ermənistanı...” - Vaşinqtondan SƏRT BƏYANAT

“Rusiya post-sovet məkanında münaqişələrin nizamlanmasına mane olur".

ABŞ Silahlı Qüvvələrinin Avropadakı qoşunlarının komandanı, ordu generalı Kurtis Skaparotti Senatdakı dinləmələrdə Rusiyanı Dağlıq Qarabağda sabitliyi pozmaqda ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Avropa Komandanlığının saytında yayımlanıb.

Amerikalı general qeyd edib ki, Rusiya dünyadakı sabitliyi pozur, xüsusilə Dağlıq Qarabağda.

“Rusiya post-sovet məkanında münaqişələrin nizamlanmasına mane olur. Moskva Ermənistanı və Azərbaycanı silahlandıraraq, Qarabağ münaqişəsində qızışdırıcı rol oynayır. Rusiya ATƏT-in həmsədr ölkəsi olaraq Qarabağ münaqişəsinin həllinə yardım etməlidir, lakin Moskva Ermənistan ərazisində hələ də hərbi bazasını saxlamağda davam edir”, - deyə general bildirib.

Amerikalı general Rusiyanın Balkanların NATO-ya inteqrasiyasının qarşısını almaq üçün 2016-cı ildə Bosniya-Herseqovina və Çernoqoriyadakı siyasi proseslərə açıq şəkildə qarışdığını vurğulayıb.

O, Moskvanın Ukrayna və Gürcüstanı təhdid altında saxıladığını da diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm