Ter-Petrosyan Qarabağ danışıqlarının SİRRİNİ AÇDI: “Razılıq var və ərazilər..."
Bizi izləyin

Nida Xəbər

Ter-Petrosyan Qarabağ danışıqlarının SİRRİNİ AÇDI: “Razılıq var və ərazilər..."

"Ermənistan və Azərbaycan rəhbərliyi 10 il ərzində bu planı müzakirə edirlər”.

Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın ölkəsinin İctimai televiziyasına verdiyi müsahibəsinin mətni yayımlanıb.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, Petrosyanın müsahibəsində ən diqqətçəkən məqam Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dedikləridir.

Onun sözlərinə görə, münaqişənin nizama salınması ilə bağlı bütün təkliflər beynəlxalq strukturlar tərəfindən irəli sürülüb: “Məsələ konkret qoyulub. “Madrid prinsipləri” əsasında nizama salma planı var, hansı ki, Ermənistan və Azərbaycan rəhbərliyi 10 il ərzində bu planı müzakirə edirlər”.

Onun sözlərinə görə, nizama salınmasının “paket həlli” rədd edilir.

“İrəvan və Bakı “Madrid prinsipləri”nə prinsipial olaraq razılıq verib. Burada ərazilərin qaytarılması, gücün tətbiq edilməməsi, “öz müqəddəratını təyin etmə” hüququ yer alır. Danışıqlar ona görə aparılır ki, tərəflər imkan daxilində özləri üçün ən əlverişli həlli tapsın. Lakin fikir ayrılığı başlanğıcda böyük idi. İndi isə cəmi iki məsələdə fikir ayrılığı var”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm