Səfirimiz etimadnaməsini Argentina prezidentinə təqdim etdi
Bizi izləyin

Nida Xəbər

Səfirimiz etimadnaməsini Argentina prezidentinə təqdim etdi

İnkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina prezidenti Maurisio Makriyə təqdim edib.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə səfir R. Aslanov ölkəmiz haqqında prezident M. Makriyə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident M. Makri səfir R. Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm