Azərbaycan Qarabağa görə İrana ETİRAZ ETDİ
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Qarabağa görə İrana ETİRAZ ETDİ

"Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam"

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində konsert verməsinə münasibət bildirib.

Publika.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, nazir deyib ki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb: "Müvafiq dövlət orqanları adından etirazlarımıızı bildirmişik. Bu gün İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam".

Qeyd edək ki, martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycanın işğal alltında olan Dağlıq Qarabağ ərazisində konsert verib. Konsertdə onunla bərabər İrandan gələn fleytaçı, Meysam Hodratın erməni həmkarı Artaşes Qriqoryan və pinoçu Marina Barxudaryan da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm