Nida Xəbər
Oqtay Əsədov: “Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşılır”
Sankt-Peterburqda səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının yaz sessiyası çərçivəsində Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Publika.az xəbər verir ki, görüş zamanı Valentina Matviyenko Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsini iki ölkənin parlamentləri arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirərək, dövlət başçısına təşəkkürünü bildirib.
Valentina Matviyenko qeyd edib ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunur:
“Münasibətlərimizin yüksələn xətlə inkişafı görülən işlərin nəticəsidir. Biz bundan qürur duya bilərik”.
Rusiya ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar əlaqələrin intensivliyindən danışan Valentina Matviyenko regionlararası iqtisadi forumun, ölkələrimizin prezidentlərinin himayəsi ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb.
Spiker Oqtay Əsədov isə ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquq bazasının ticari-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verdiyini bildirib.
O.Əsədov Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 200-dən çox sənəd imzalandığını, əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının, parlamentlərarası dostluq qrupunun və digər qurumların fəaliyyətinin səmərəli olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanda rus dilinə xüsusi qayğı ilə yanaşılır:
“Ölkəmizdə 340-dan çox rus dilində təhsil verən orta məktəb fəaliyyət göstərir”.
Daha sonra tərəflər parlamentlərarası münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb, bir sıra aktual məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.
Vasif Həsənli
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək