Lukaşenkodan Qarabağla bağlı QƏRİBƏ TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Lukaşenkodan Qarabağla bağlı QƏRİBƏ TƏKLİF

“Azərbaycan və Ermənistan hər bir vasitəçilərsiz masaya oturmalı və problem həll etməlidir".

"Ermənistan və Azərbaycan vasitəçilərin xidmətlərinə qaçmadan Dağlıq Qarabağ problemini özləri həll etməyə məcburdur”.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Minskdəki səfiri Armen Xaçatryanla görüşü zamanı deyib.

“Azərbaycan və Ermənistan heç bir vasitəçilərsiz masaya oturmalı və problemi həll etməlidir. Bu, mənim şəxsi fikrimdir”, - prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri tez-tez Dağlıq Qarabağ məsələsi ilə əlaqədar onun fikrini soruşurlar.

“Bu bizim məsələmiz deyil, bu mənim məsələm deyil. Konflikt tərəfləri özləri bu məsələni həll etməlidirlər. Harada olmasından asılı olmayaraq insanlar layiqli yaşamalı, sülh və sakitliyin zəmanətlərinə malik olmalıdır. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqli yaşayırlar”, - Lukaşenko vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm