Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul - - FOTO
Bizi izləyin

Nida Xəbər

Bakıda Pakistan Milli Günü münasibəti ilə rəsmi qəbul - - FOTO

77-ci ildönümü münasibəti ilə rəsmi qəbul keçirilib.

Bakıda Pakistan İslam Respublikasının Milli Gününün 77-ci ildönümü münasibəti ilə rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun və dövlət qurumların nümayəndələri, millət vəkilləri iştirak edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ölkəsinin müstəqilliyə gedən yol barədə danışan Pakistanın Azərbaycandakı səfiri Mohmand Xan bu il həmçinin Azərbaycanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyib. O, bu müddət ərzində Pakistanın üç prezidenti və iki hökumət başçısının Azərbaycana səfər etdiyini qeyd edib.

Müdafiə sənayesi naziri Yavər Camalov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyib. O, ikitərəfli ticarət, sənaye, sərmayə və humanitar sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini söyləyib.

"Son il əməkdaşlığımızın ən önəmli ili olub. 2016-cı il İslamabadda hökumətlərarası komissiyanın iclası keçirilib. Burada 17 sahə üzrə əməkdaşlıq nəzərdən keçirilib və həyata keçiriləcək tədbirlər imzalanan protokolda öz əksini tapıb”.

Yavər Camalov Pakistanın bir sıra beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi məsələsində mövqeyini dəstəklədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm