Qarabağda daha böyük döyüşlər olacaq - Britaniyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI
Bizi izləyin

Nida Xəbər

Qarabağda daha böyük döyüşlər olacaq - Britaniyadan MÜHARİBƏ XƏBƏRDARLIĞI

“Bu il Qarabağda daha ciddi toqquşmalar baş verəcək”

“İstisna deyil ki, bu il Dağlıq Qarabağ münaqişəsi zonasında daha ciddi toqquşmalar baş verəcək”.

Publika.az
xəbər verir ki, bu barədə “Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas De Vall deyib.

Onun sözlərinə görə, təmas xəttində atəşkəsin möhkəmləndirilməsi üzrə razılaşmaya əməl edilməsi həm Ermənistan, həm də Azərbaycandan tələb olunur: “Lakin bu razılaşma imzalanmayıb. Niyə? Görünür, hansısa səhvlər oldu. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri bu razılaşmanın icrası məsələsini öz üzərinə götürməlidir. Bu ölkə Rusiya ola bilər. Bundan başqa, ATƏT-in Minsk qrupu formatını gücləndirmək lazımdır. Həmsədrlər toqquşmaların yenilənməsini istəmirlərsə, Vyana razılaşmasını təkrar gözdən keçirməlidir”.

De Vall Rusiyanın Qarabağ münaqişəsinin nizama salınması prosesində mərkəzi oyunçu olduğunu diqqətə çatdırıb.

“Lakin buna baxmayaraq, Ermənistan və Azərbaycan tərəfi şübhə edir ki, əgər Rusiya nizama salma prosesində əsas oyunçu kimi davranmasa, heç nə əldə edilməyəcək. Rusiyanın Qarabağ münaqişəsinin hər iki tərəfi ilə konkret maraqları var. Lakin görünür barışdırıcı rolunu təkcə Rusiya yox, Minsk qrupunun digər üzvləri olan Fransa və ABŞ da öz üzərinə götürməlidir. Ümid edirəm ki, Moskva və Vaşinqton bu münaqişənin həlli ilə bağlı əməkdaşlıq edə biləcəklər”, - deyə ekspert vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm