Bakı Dövlət Universitetində soyqırımı tədbiri
Bizi izləyin

Nida Xəbər

Bakı Dövlət Universitetində soyqırımı tədbiri

Bakı Dövlət Universitetində 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

Bakı Dövlət Universitetində (BDU) 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, universitetin professor-müəllim heyətinin iştirak etdiyi tədbiri açan rektor Abel Məhərrəmov Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, tarixin bütün dönəmlərində erməni qəsbkarlarının vətənimizə və xalqımıza qarşı məkrli addımlar atdığını diqqətə çatdırıb. 1918-ci il 31 mart soyqırımından bəhs edən rektor ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı «Azərbaycanıların soyqırımı haqqında» fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini qeyd edib.

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 5 dəqiqəlik çarxın nümayişindən sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri dövlət cinayətləri adlandıraraq faktlarla ətraflı məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm