“Azərbaycanda olan sabitlik bəzi ölkələrdə qısqanclıqla qarşılanır”
Bizi izləyin

Nida Xəbər

“Azərbaycanda olan sabitlik bəzi ölkələrdə qısqanclıqla qarşılanır”

“Bütün seçkilər onu göstərir ki, xalqın ümumi maraqları təmin olunur”.

“İctimai-siyasi sabitliyin olması cəmiyyətin inkişafının qızıl bünövrəsidir. Həmçinin, fikir birliyi, ideya birliyi və cəmiyyətlə onu idarə edən iqtidar arasındakı münasibətin ifadəsidir”.

Bu fikirləri Publika.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev söyləyib.

O bildirib ki, hazırda Azərbaycanda təhlükəsizlik təmin edilir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir:

“Biz çox xoşbəxt insanlarıq ki, 90-cı ildən bu günə qədər ictimai-siyasi sabitliyin pozulması ilə bağlı ölkəmizdə heç bir hadisə baş verməyib. Bu, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin millət tərəfindən dəstəklənməsidir. Biz bu dəstəyin, sabitliyin ifadəsini həmişə seçkilər zamanı görmüşük. Bütün seçkilər onu göstərir ki, xalqın ümumi maraqları təmin olunur”.

Millət vəkili söyləyib ki, xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir:

“Dünyanın hər yerində bu gün terrorlar, sivil formaları aşan ideoloji mübarizələr var. Amma bunu Azərbaycanda görmürük. Çünki xalq cənab prezidentimiz İlham Əliyevə inanır. Axırıncı referendum da bunu göstərdi. Sabitlik vacib şərtdir. Azərbaycanda olan sabitlik bəzi ölkələrdə qısqanclıqla qarşılanır və biz də bunun vaxtaşırı təzahürünü görürük. Dövlətin apardığı siyasət xalqın maraqları əsasında qurulursa, deməli xalq da dövləti dəstəkləyəcək”.

Elşad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm