Qonşumuz döyüş hazırlığına BAŞLADI: Ukraynadan Qarabağa qədər HÜCUM PLANI
Bizi izləyin

Nida Xəbər

Qonşumuz döyüş hazırlığına BAŞLADI: Ukraynadan Qarabağa qədər HÜCUM PLANI

“döyüş hazırlığını sürətləndirir”

“NATO regionda lokal müharibəyə başlaya bilər. Buna görə də Rusiya döyüş hazırlığını sürətləndirir”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Konstantin Sivkov Rusiyanın Qara dəniz donanmasının Krımda raket atışlarının həyata keçirməsini şərh edərkən bildirib.

Hərbi ekspert vurğulayıb ki, Qara dəniz regionunda gərginlik artır: “NATO aktivləşir, hərbi donanmanı gücləndirir, Rumıniyada və Bolqarıstanda raket sistemlərini inkişaf etdirir. Bütün bunlar Rusiya rəhbərliyinin narahatlığına səbəb olur. İstisna deyil ki, NATO Rusiyaya qarşı lokal müharibə başlaya bilər. Təbii ki, ABŞ və NATO Rusiyaya qarşı birbaşa hərbi müdaxilə etməyəcək, çünki Rusiyanın nüvə silahına malik olması buna imkan vermir. Lakin nüvə silahının tətbiqinin sərhədinə qədər lokal toqquşmalar ola bilər”.

K.Sivkov hesab edir ki, Qara dəniz regionu bu gün ən böyük münaqişə zonasıdır.

“Ukraynada münaqişə davam edir. Bura cənub-qərb istiqamətində Rusiyanın bütün obyektlərinə zərbə üçün ən qısa yoldur. Abxaziya və Cənubi Osetiya münaqişələrinin olduğu Gürcüstan bölgəyə yaxındır. Eyni istiqamətdə Dağlıq Qarabağ münaqişəsi davam edir, həmçinin, Suriyada müharibə gedir. Yəni bölgə xüsusi gərginlik olan zonadır”, - deyə ekspert vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm