Koçaryan Ter-Petrosyanın Qarabağı qaytarmaq təklifi haqda: “Ki Uest görüşündə...”
Bizi izləyin

Nida Xəbər

Koçaryan Ter-Petrosyanın Qarabağı qaytarmaq təklifi haqda: “Ki Uest görüşündə...”

Azərbaycana qaytarılmasının vacibliyi haqda dediklərinə münasibət bildirib.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Erməni Milli Konqresi”nin lideri, düşmən ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın ərazilərin Azərbaycana qaytarılmasının vacibliyi haqda dediklərinə münasibət bildirib.

Publika.az
xəbər verir ki, Koçaryan Ter-Petrosyanın yeni heç nə söyləmədiyini deyib: “O, özünün məşhur məqaləsinin bir abzasını səsləndirdi”.

Koçaryan həmçinin, Ter-Petrosyanın Ki Uest danışıqları haqda dediklərinə də münasibət bildirib. İddia edib ki, Ki Uest danışıqlarında “Mehri dəhlizi” variantı ilə bağlı razılıq olmayıb.

Qeyd edək ki, 2001-ci ildə Ki Uestdə keçirilən görüşdə ərazilərin qaytarılması ilə bağlı razılığın əldə olunduğu deyilir. Razılaşmaya görə, Azərbaycan Ermənistana “Laçın dəhlizi”ni, Ermənistan isə Naxçıvanla quru əlaqəsinin yaradılması üçün “Mehri dəhlizi”ni verməli idi. Lakin sonradan bu razılaşma baş tutmadı.

Ter-Petrosyan isə Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal olunmuş ərazilərin təcili şəkildə Azərbaycana qaytarılmasının vacib olduğunu bildirib. Onun fikrincə, “əraziləri könüllü qaytarmasaq, onu sanksiyalarla alacaqlar”.

Koçaryan isə Ter-Petrosyanı “təslimçi sülhə” çalışmaqda ittiham edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm