Nida Xəbər
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının konfransında təmsil olunur
Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı işə başlayıb.
DGK Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, konfransdan öncə əlaqələndirici şuranın iclası keçirilib.
İclasdan əvvəl isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Türkiyə Respublikası, Rusiya Federasiyası, İsrail Dövləti, Latviya Respublikası və MDB üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.
Rusiya tərəfi ilə görüşdə iki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığın perspektivlərinə toxunulub, eyni zamanda, Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının “yaşıl dəhliz” vasitəsilə daşınmasının daha da sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Türkiyə, İsrail, Latviya və MDB üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə görüşlərdə gömrük sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI