Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək - MOSKVADA
Bizi izləyin

Nida Xəbər

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək - MOSKVADA

Xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.

Diplomatik mənbələrdən verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.

Başqa bir mənbə isə xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay APA-ya müsahibəsində Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm