Nida Xəbər
“Türkçülük haramdır” təbliğatı və Əli Kərimlinin gizli “din” siyasəti – AXCP üzvü ŞOK FAKTLAR AÇIQLADI
AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev
partiyadan istefa verərək, Müsavata üzv olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, 234.4.1 və 234.4.3-cü maddələri
(narkotik maddələrin qanunsuz dövriyyəsi) üzrə həbsdə olmuş və bu
ilin martında əfv sərəncamı ilə azad olunan Elvin Abdullayev AXCP
sədri Əli Kərimlinin ünvanına sərt ifadələr səsləndirib, onu
Müsavat partiyasına transfer olmağa vadar edən səbəbləri
açıqlayıb.
“AXCP-də fərqli fikir səsləndirənlərə qarşı partiya rəhbərliyinin
göstərişi ilə amansız hücumlar edilirdi. Hərdən bu hücumlar təhqir
səviyyəsində olur. Hətta adama xain, satqın deməkdən belə
çəkinmirlər. AXCP-də arxada “dindarlardan istifadə etməliyik”
xəttini tutaraq, İran meyllilərlə birlik təşkil olunur. Bu siyasətə
qarşı gəlib fikir bildirdikdə isə adamı xain, agent və satqın elan
edirlər”, - deyə o bildirib.
Gənc fəal AXCP-nin dəstəklədiyi “Cəfəri heyət” dini təşkilatının
rəhbəri Abgül Süleymanovun və Tale Bağırzadənin tərəfdarlarının
Azərbaycan bayrağını təhqir etdiyini qeyd edib: “Həbsxanada, 6
saylı cəzaçəkmə müəssisəsinin karantinində 11 gün birlikdə olduğum
İran meyillilərin liderlərindən biri Abgül Süleymanovun şəxsən mənə
“Azərbaycan tağut dövlətidir”, “sizin ideologiyanız olan
Müsavatçılıq ideologiyasında haram olan Qərb demokratiyası və haram
olan türkçülük var” dedi. 4 saylı cəzaçəkmə müəssisəsində də eyni
hallarla rastlaşdım. Əksəriyyəti Xameneinin, Hizbullahın, Abgül
Süleymanov və Tale Bağırzadənin tərəfdarı olan adamlar hətta
Azərbaycan bayrağını söyməkdən, ona “tağut bayrağı” söyləməkdən və
“onun yerinə qara bayraq olacaq” deməkdən belə çəkinmirdilər. Mənim
bu mövzuda onlarla bir çox mübahisələrim oldu. Bunları nəzərə
alaraq qərara aldım ki, mən bu düşüncəni daşıyan insanlarla və
onlara açıq dəstək verən insanlarla bir sırada ola bilmərəm”.
Elvin Abdullayev sosial şəbəkədəki bu bəyanatına görə cəbhəçilər
tərəfindən hücuma məruz qalıb. AXCP fəalları Elvin Abdullayevin
2014-cü ilin sentyabrında Müsavat Partiyası ilə Müasir Müsavat
Partiyası arasında fərq görmədiyinə dair statusunun “skrinşotu”nu
paylaşıblar. E.Abdullayev həmin statusunda Arif Hacılını “Arif ibn
Hacılı” adlandırıb və Hafiz Hacıyevlə heç bir fərqinin olmadığını
bildirib.
Cəbhəçilər onun bu addımında bir vaxtlar həbsdə olmuş müsavatçı
Fərəc Kərimlinin rolu olduğunu vurğulayırlar. Fərəc Kərimli isə
deyilənlərə belə cavab verib: “Yazılan təhqirlərdən, böhtanlardan
Elvin Abdullayevin doğru addım atdığını normal düşüncəsi olan
adamlar görür. Əslində belə etməklə tərəddüd edən başqa dostlara da
doğru addım atmaqda kömək edirlər”.
Asif
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü