I Azərbaycan-ərəb biznes forumu keçiriləcək
Bizi izləyin

Nida Xəbər

I Azərbaycan-ərəb biznes forumu keçiriləcək

Azərbaycan-ərəb biznes forumu keçiriləcək.

Oktyabrda Bakıda I Azərbaycan-ərəb biznes forumu keçiriləcək.

Trend-in məlumatına görə, bunu “Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin sədri Elşən Rəhimov təşkilatın təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, tədbirə ərəb ölkələrindən 300-ə yaxın iş adamı qatılacaq. O, qeyd edib ki, forumun hər il keçirilməsi planlaşdırılır: "Hazırkı iqtisadi konyunktura investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlətlər arasında rəqabəti gücləndirir. Bu baxımdan, xarici investisiyaların ölkəmizə cəlb edilməsi ilə bağlı dövlət başçısının müəyyən etdiyi hədəfləri rəhbər tutaraq, təşkilatımız belə bir prosesin iştirakçısı olmaq, zəngin maliyyə resurslarına sahib ərəb ölkələrinin işgüzar dairələri ilə sağlam prinsiplər əsasında sıx təmasların qurulması üçün səy göstərəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm