Milli Məclis iclasının gündəliyinə 36 məsələ daxil edildi - SİYAHI
Bizi izləyin

Nida Xəbər

Milli Məclis iclasının gündəliyinə 36 məsələ daxil edildi - SİYAHI

Aprelin 25-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Aprelin 25-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Publika.az-a bildirib ki, iclasın gündəliyinə 36 məsələ daxil edilib.

O deyib ki, iclasda hökumətlərarası sazişlərin təsdiqi və çoxlu sayda qanunlara əlavə dəyişikliklər nəzərdə tutulub:

“İclasda Əmək Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, “Vətəndaşların müraciətləri haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yol hərəkəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara əlavə dəyişikliklər müzakirə olunacaq. Həmçinin, “Daşınmaz əmlakın yüklülüyü haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq. Ümumilikdə 36 məsələ gündəliyə salınıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm