Tovuz icra başçısının müavini bayrağa görə işdən QOVULDU - RƏSMİ
Bizi izləyin

Nida Xəbər

Tovuz icra başçısının müavini bayrağa görə işdən QOVULDU - RƏSMİ

Vəzifəsindən azad edilib.

Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib.

Publika.az bildirir ki, bu barədə "Report"a RİH-dən bildirilib.

Məlumata görə, M.Həsənovun işdən çıxarılma səbəbi rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.

Qeyd edək ki, bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsi cırılmış halda görüntüləri yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm