Azərbaycan Yəmənə humanitar yardım göstərib
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Yəmənə humanitar yardım göstərib

Bu gün İsveçrənin Cenevrə şəhərində Yəməndə davam edən humanitar böhranla əlaqədar yardımın göstərilməsi məqsədilə BMT-nin Yüksək Səviyyəli Donor Konfransı keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev təmsil edib.

İslam həmrəyliyi prinsipinə daim sadiq olan və 2017-cil ili “İslam həmrəyliyi ili” elan edilən Azərbaycan tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı Yəmənə Donor Konfransı əsnasında humanitar yardımın göstərildiyi qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm