Nida Xəbər
Rasim Musabəyov: "Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin"
Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin. Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır. Lakin bu gün hadisələr başqa məcrada cərəyan edir. AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq doğurub.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının Türkiyədə monitorinqi bərpa etmək qərarını şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.
Türkiyənin respublika kimi 100 illiyini qeyd etməyə hazırlaşdığını diqqətə çatdıran politoloq deyib: “Ötən müddətdə böyük çətinliklərə baxmayaraq, Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub. Kiminsə kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı heç bir məntiqə sığmır".
R.Musabəyov bildirib ki, AŞPA-nın bu qərarı təşkilatda islamofobiya meyillərinin qalib gəldiyindən, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığından xəbər verir. Bu qurumun monitorinqlərinin müəyyən dairələrin mənafeyinə xidmət etdiyi, müstəqil dövlətlərə təzyiq vasitəsi olduğu artıq heç kəs üçün sirr deyil.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...