Nida Xəbər
İngilis deputat erməniləri BİABIR ETDİ: “Edvard Nalbandyanın arvadı ilə...”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-cı
ilin yanvarında keçirilmiş qış sessiyasında “Dağlıq Qarabağda və
Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması”
adlı məruzə ilə çıxış edən britaniyalı deputat Robert Uolter bu
günlərdə maraqlı açıqlamaları ilə yadda qalıb.
Publika.az xəbər verir ki, R.Uolter Ermənistanın mediasına
açıqlamasında ermənilərin onun haqqında səsləndirdikləri
ittihamlara cavab verib.
Bu məruzədən sonra erməni lobbisi və rəsmi İrəvan britaniyalı
deputatın Bakı tərəfindən “satın alındığını” iddia etmişdi.
R.Uolter isə bunun mümkün olmadığını, yalan ittihamlar olduğunu
bildirib.
“Mən heç vaxt heç bir hökumətdən pul götürməmişəm. Lakin Ermənistan
nümayəndə heyətinin üzvlərindən biri mənim adımı korlanmış
nümayəndələr sırasında çəkir. İndiyə qədər Makedoniya, Macarıstan
və digər ölkələrlə bağlı məruzələr hazırlamışam. Hətta
Ermənistandan keçirilən prezident seçkilərində də müşahidə
missiyasının tərkibində idim. Lakin heç vaxt heç bir hökumətdən pul
almamışam”, - deyə o vurğulayıb.
Britaniyalı deputat qeyd edib ki, Dağlıq Qarabağla bağlı məruzənin
hazırlaması üçün onu insan haqlarının müdafiəsi Komissiyası
məruzəçi olaraq seçib: “Çünki mən dedim ki, İrəvanda yaxşı
dostlarım var, bir sıra nazirlər, o cümlədən Edvard Nalbandyanla
yaxın dostam. Mən Edvard Nalbandyanın evində arvadı və özü ilə
birlikdə nahar etmişəm. Bu münasibətlərə görə məni məruzəçi olaraq
seçdilər. Lakin bu gün Nalbandyan mənimlə danışmır”.
R.Uolter Azərbaycanın onu pulla satın alması ittihamlarının absurd
olduğunu bildirib.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA