Nida Xəbər
XİN: Ermənistanın işğal edilmiş ərazilərdə konfrans keçirməsi təxribatdır
Əldə etdiyimiz məlumata əsasən, 13-15 sentyabr 2017-ci il tarixində Ermənistan tərəfindən Yerevanda və Azərbaycanın işğal edilmiş ərazilərində “Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Bu barədə XİN-dən Publika.az-a daxil olan məlumatda bildirilir.
Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, konfransda Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan olan tibb üzrə mütəxəssislər dəvət olunublar: "Azərbaycanın işğal olunmuş ərazilərində bu tədbiri təşkil etməklə Ermənistanın məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil. Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.
Bu Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır. Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi Yerevanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir.
Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq".
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA