Nida Xəbər
Rusiya XİN rəsmisi Azərbaycan jurnalistlərini təhqir etdi - - VİDEO
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.
Publika.az azvision.az-a istinadən xəbər verir
ki, azərbaycanlı jurnalistin ermənilər tərəfindən girov götürülən,
sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin
dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm
Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam
qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə
təhqiredici ifadələr işlədib:
- Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə,
xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya
qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra
bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür
məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün
açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib. Odur ki,
müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz
alqışlayırıq. Sizdən xahiş edirəm bu halı azərbaycanlı
həmkarlarınıza çatdırasınız.
Daha sonra Zaxarova lap irəli gedərək, Rusiya XİN barədə yazılan
məqalələrin jurnalistika etikasına sığmadığını bildirib:
“Azərbaycanlı dostlarım da bu fikirdədilər. Buna görə də məndən üzr
istəyiblər”.
Zaxarovadan kimin üzr istəməsi məlum deyil. Amma 3 milyona yaxın
kredit kartının nömrələrini oğurlayaraq, ümumilikdə ABŞ-a 170
milyon dollar zərər vuran Liberal Demokrat Partiyasının deputatı
V.Seleznyovun oğlu Valeri Seleznyovu, casus Yeroşenkonu cani-dildən
müdafiə edən Zaxarova niyə digər Rusiya vətəndaşı Dilqəm Əsgərov
haqqında heç bir söz demək istəmir? Hətta əksinə, buna görə
Azərbaycan jurnalistlərini təhqir edir?
Səbəb aydındır: Rusiya XİN sözüçüsünün qatı və pataloji erməni
sevgisi. Kimsə fərd olaraq hansısa xalqa rəğbət göstərə bilər. Amma
Zaxarovanın ermənipərəstliyi artıq şəxsi hüdudları aşıb və Rusiya
XİN-in mövqeyi kimi görünməyə başlayıb.
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR