28 aprel işğalından 97 il keçir
Bizi izləyin

Nida Xəbər

28 aprel işğalından 97 il keçir

Bu gün 28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 97 il keçir. Ölkəmiz Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldı. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı. Çar Rusiyasının müstəmləkəçilik siyasətini gerçəkləşdirən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətinin var olduğu 23 ayda onu daim yıxmağa cəhd edirdilər.

XX yüzilin başlanğıcında Rusiyada baş verən sosialist inqilabının havası Azərbaycandakı ictimai zümrələr arasında bölücülüyə gətirib çıxardı.

Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 97 il qabaq Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı.

Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm