Moskvada qapalı Qarabağ görüşü başa çatdı: NAZİRLƏR RAZILIĞA GƏLDİ - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Moskvada qapalı Qarabağ görüşü başa çatdı: NAZİRLƏR RAZILIĞA GƏLDİ - YENİLƏNDİ

Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandya arasında görüş başlayıb.

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başa çatıb.

Publika.az
Rusiya mediasına istinadən xəbər verir ki, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin irəliləyişi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə 2016-cı ilin mayında keçirilən Vyana, iyununda keçirilən Sankt-Peterburq görüşlərində nail olunmuş razılıqların icrasına ehtiyac olduğu vurğulanıb.

Azərbaycan və Ermənistan XİN rəhbərləri münaqişənin həllinə kömək etdiyi üçün Rusiya xarici işlər nazirinə minnətdarlıq edib.

Nazirlər bütün məsələlərin müzakirəsi üçün əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Görüşdə münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Üçtərəfli danışıqlarda Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də iştirak edib.

Asif

***

12:38

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandya arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüş başlayıb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş Rusiyan Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Danışıqlar bağlı qapılar arxasında mətbuatın iştirakı olmadan keçiriləcək. Danışıqlara müəyyən mərhələdə ATƏT-in Minsk qrupunun həmsədrləri də qoşulacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm