XİN: Üçtərəfli görüşün nəticələri dövlət başçılarına məruzə ediləcək
Bizi izləyin

Nida Xəbər

XİN: Üçtərəfli görüşün nəticələri dövlət başçılarına məruzə ediləcək

"Moskvada aparılan üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək".

Bunu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünü şərh edən Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Aprelin 28-də Moskvada Rusiyanın xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib. Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilən görüşlər əsnasında prezidentlər səviyyəsində aparılan substantiv danışıqlar ətraflı müzakirə edilib", - Azərbaycan XİN-in rəsmisi vurğulayıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm