Nida Xəbər
Moskva görüşünün qapalı keçirilməsinin SİRRİ: Lavrov nazirlərə nə təqdim edib?
Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN
rəhbərlərinin Qarabağ görüşü başa çatdı. Görüş qapalı keçirilirdi
və Minsk qrupunun həmsədrləri müəyyən məqamlarda bağlı qapılar
arxasına buraxılırdı. Bu baxımdan, bağlı qapılar arxasında konkret
nələrin müzakirə edildiyi, hansı razılıqların olduğu məlum deyil.
Nazirlər “danışıqların davam etdirilməsi ilə bağlı razılıqlar var”
deyə qısa bəyanat səsləndirdi. Lakin qapalı qapılar arxasında daha
ciddi müzakirələrin getdiyi şübhəsizdir.
Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri,
politoloq Natiq Miri Publika.az-a açıqlamasında Moskva
görüşün şərh edib.
Onun fikrincə, Moskva görüşü Rusiyanın münaqişə ilə bağlı aparacağı
danışıqların başlanğıcıdır: “Görüş yeni mərhələnin başlanmasıdır.
Lakin orada konkret hansısa razılaşmalardan söhbət gedə bilməz.
Burada daha çox gələcəkdə prezidentlərin görüşü ilə bağlı
müzakirələr aparılıb. Həmçinin, müzakirələrdə Qarabağ ətrafındakı
rayonların boşladılması məsələsi də qaldırılıb. Təbii ki, bu,
yalnız “mərhələli həll” variantı ilə mümkündür”.
N.Miri qeyd edib ki, Ermənistanda seçkilər başa çatıb və Serj
Sarkisyanın Rusiyanın dəstəyi ilə istədiyi hökuməti
formalaşdırıb.
“Bundan sonra Ermənistanın danışıqlar masasına gəlməməsinə səbəb
yoxdur. Əks təqdirdə müharibə olacaq və bu, nə Ermənistana nə də
Rusiyaya sərf edir”, - deyə o bildirib.
Politoloqa görə, Moskva görüşü Rusiyanın prosesi təkbaşına yürütmək
istəyini bir daha ortaya qoydu: “Həmsədrlərin ora dəvəti isə sadəcə
görüntü yaratmaqdır. Həmsədrlər qapalı danışıqların müəyyən
hissəsində içəri dəvət olunublar. Güman ki, qapalı görüşdə Lavrov
nazirlərə hansısa həll modelini təklif edib. Sankt-Peterburq
görüşündə “Kazan düsturu” var idi. Bu, “Madrid prinsipləri”nin
yenilənmiş formasıdır və “mərhələli həll”i əsas götürür. Ermənistan
isə hər şeyin eyni anda, yəni Qarabağın statusu ilə ətraf
rayonların qaytarılmasının eyni vaxtda baş tutmasını istəyir. Bu
ilin əvvəlində Lavrov da eyni şeyi dilə gətirmişdi. Lakin Bakı buna
razı deyil”.
N.Miri görüşün qapalı keçirilməsinin digər səbəbini Ermənistanın
ictimai rəyinə hesablanması ilə əlaqələndirib.
“Ermənistanda vəziyyət o qədər də ürəkaçan deyil. Rusiya istəmir
ki, ermənilərin gözündə anti-Ermənistan imici olsun. Rusiya
həmçinin, danışıqları başlayaraq, müharibə variantını ikinci plana
da salır. Çünki heç nə etməsə ya müharibə olacaq, yaxud da digər
həmsədr ölkə prosesi nəzarətə götürəcək. Suriya cəbhəsində bu, baş
verdi. Amerika Suriyanı bombalamaqla bütün geosiyasi vəziyyəti
dəyişdirdi. Moskvanı narahat edən məsələlərdən biri də Vaşinqtonun
Qafqaz cəbhəsində aktivləşməsidir. Bu baxımdan, Qarabağ
danışıqlarını yenidən aktivləşdirməklə, ABŞ-ın prosesə daxil
olmasının qarşısını aldı. Bununla həm də zaman qazandı. Lakin bir
şey dəqiqdir ki, Azərbaycan daha nəticəsiz danışıqlarda uzun müddət
olmayacaq”, - deyə o diqqətə çatdırıb.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama