Nida Xəbər
Hərbi ekspert: "Ermənistan hərbçilərinin atdığı 3 raketin hamısı boşa çıxıb”
Cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirən Ermənistan silahlı qüvvələrinin “OSA” zenit raket kompleksindən istifadə etməsi barədə yayılan xəbər məni o qədər də təəccübləndirmədi və həyəcanlandırmadı.
Bunu Publika.az-a ehtiyatda olan polkovnik İlqar Əliyev deyib.
O bildirib ki, birincisi, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır. Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz.
"İkincisi, tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Maraqlandım və öyrəndim ki, həmin gün düşmən 3 raket atıb. Keçmiş hərbçi olaraq, dostlarla əlaqə saxlayıb hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, erməni də buraxdığı raketlə öz PUA-nı vurub yerə salıb. Maraqlısı da odur ki, “quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla PUA-ların məhv ediblər".
Onun sözlərinə görə, öz PUA-nı məhv edən, eləcə də boşa çıxan üçüncü raketin də öz səngərləri üzərində partladığından mövqedə olan düşmən əsgərləri və Xocavənddəki erməni əhalisinin də böyük qorxu və təşvişə düşməsi gələn məlumatlar içərisindədir.
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü