Nida Xəbər
Ordumuzun zərbəsi Sarkisyanın KRESLOSUNU TİTRƏTDİ: “Bakı Qarabağı qaytarır, sən...” - - VİDEO
Azərbaycan Ordusunun Ermənistana məxsus “OSA”
zenit-raket kompleksini məhv etməsi düşmən ölkədə hakimiyyətə qarşı
etirazlara səbəb olub.
Publika.az xəbər verir ki, erməni jurnalist Sarqis
Artsruni Ermənistan hakimiyyətinin cəmiyyəti “etibarlı müdafiə”
haqda aldatdığını yazıb: “Hakimiyyət “dördgülük müharibə”dən sonra
bildirdi ki, bundan dərs çıxarıblar və yaxşı müdafiə xətti qurulub,
rəqib hücuma keçməyə cəsarət etməyəcək. Görünür, bütün bunlar
təbliğat imiş. Sarkisyan xalqı aldadır, Azərbaycan Qarabağı
qaytarmağa hazırlaşır və buna potensialının çatdığını hər gün sübut
edir”.
Erməni jurnalist qeyd edir ki, Ermənistan yalnız Rusiyadan silah
alır, Azərbaycan isə öz arsenalını ən müasir silahlarla
gücləndirib.
“Baş verənlər göstərir ki, rəqib Ermənistan ordusunun istənilən
obyektini, hərbi texnikasını məhv etmək gücünə sahibdir. Azərbaycan
Qarabağı qaytarmağa hazırlaşır, artıq bunu əminliklə deyə bilərik.
Hakimiyyət isə rəqibin heç nəyə cəsarət etməyəcəyini deyərək,
yalnız bizi aldatmaqla məşğuldur”, - deyə jurnalist bildirib.
S.Artsruni əlavə edir ki, məsələ təkcə ordunun zəif olmasında yox,
Ermənistan diplomatiyasını və siyasi rəhbərliyinin zəifliyindədir:
“Görünür, siyasi rəhbərlik “dördgünlük müharibə”dən heç bir nəticə
çıxarmayıb. Bizim diplomatiyamızın gücü yalnız ona çatır ki,
korrupsiyaya batmış Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının baş katibi kreslosunda oturur. Lakin
faktiki olaraq, biz heç nəyi bacarmırıq”.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama