Sarkisyan Bakının addımlarından QORXUYA DÜŞDÜ: “Biz bunu istəmirik”
Bizi izləyin

Nida Xəbər

Sarkisyan Bakının addımlarından QORXUYA DÜŞDÜ: “Biz bunu istəmirik”

Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Ermənistan prezidenti Serj Sarkisyan yeni çağırış parlamentinin üzvləri qarşısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Publika.az
xəbər verir ki, Sarkisyan mövcud status-kvonu saxlamaq istəmədiklərini iddia edib.

“Biz status-kvonu saxlamaq istəmirik. Gələcək nəsillərin çiyinlərinə bu məsələnin ağırlığını qoymaq da istəmirik. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin həllinə çalışmağımız da bundan irəli gəlir”, - deyə həmişə qeyri-konstruktiv mövqeyi ilə seçilən Ermənistan prezidenti bildirib.

O, Qarabağda mövcud status-kvonun yalnız hərtərəfli qərarla dəyişə biləcəyini qeyd edib.

Sarkisyan Azərbaycanın beynəlxalq arenada apardığı siyasətdən də şikayətlənib.

Qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq arenada anti-erməni siyasətinə qarşı daha fəal işləməlidir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm