Ermənilər mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar
Bizi izləyin

Nida Xəbər

Ermənilər mayın 28-də Azərbaycana qarşı təxribat hazırlayırlar

Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.

Rusiyanın Kursk şəhərində Azərbaycanın Respublika Günündə - 28 mayda ermənilər tərəfindən təxribat hazırlanır.

Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar.

Erməni gənclər məsələni artıq rəsmi qurumlarla razılaşdırdıqlarını bəyan ediblər.

Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev bildirib ki, azərbaycanlı gənclər məsələdən xəbərdardırlar və bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi, eləcə də digər qurumlara müraciət hazırlayaraq ciddi etirazlarını bildirəcəklər: “Rusiyada hər kəs mübaliğəsiz bilir ki, Şuşa Azərbaycanın şəhəridir və tarixən də azərbaycanlıların olub. İndi belə bir real faktın açıq aksiya formasında təhrif olunması, xüsusilə də həmin bölgədə münaqişənin, şəhərin ermənilər tərəfindən işğalının davam etdiyi zamanda baş verməsi ciddi təxribata hesablanıb. Əminik ki, Rusiya yetkililəri buna imkan verməyəcəklər”.

Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən 1992-ci il mayın 8-də işğal olunub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm