Müdafiə nazirlərinin üçtərəfli görüşü başladı - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Müdafiə nazirlərinin üçtərəfli görüşü başladı - (YENİLƏNDİ)

Batumidə Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Gürcüstanın müdafiə naziri Levan İzoria tədbiri açdıqdan sonra Mançester şəhərində törədilmiş terror hadisəsi zamanı həlak olanların ailələrinə başsağlığı verib, Gürcüstanın terroru qətiyyətlə pislədiyini bildirib.

Türkiyənin Milli Müdafiə naziri Fikri İşık tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq edib, ölkəsinin də terrora qarşı mübarizə apardığını diqqətə çatdırıb.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov da Mançester şəhərində baş vermiş terroru qətiyyətlə pisləyib. Bildirib ki, Azərbaycan dövləti terrora qarşı çox sərt mövqe nümayiş etdirir. Terror vasitəsilə dinc insanların qətlə yetirilməsi sülhün və sabitliyin pozulmasına yönəlmiş təhdiddir. Nazir bildirib ki, bütün dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdır.

Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunur.

***

Bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda növbəti görüşü keçiriləcək.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov görüşdə iştirak etmək üçün Batumiyə gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm