Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə hərbi təlimləri keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə hərbi təlimləri keçiriləcək

“Yaxın günlərdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə hərbi təlimləri keçiriləcək”.

Bunu Gürcüstanın müdafiə naziri Levon İzoria Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında söyləyib.

Nazir deyib ki, üç ölkə müdafiə sahəsindəki birgə fəaliyyəti müsbət şəkildə inkişaf edir: “Bu il biz 5 dəfə görüşmüşük. Biz bu dəfə də çox önəmli məsələlərdən danışdıq. Gələcəkdə bu formatın genişlənməsi məsələsi də müzakirə olunub”.

L.İzoria deyib ki, iki həftədən sonra Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlılarının birgə təlimləri olacaq: “Eyni zamanda, sentyabr ayında informasiya texnologiyaları üzrə təlimlərimiz olacaq. Gələcəkdə bu cür təlimlərin sayını artırmaq və əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik”.

Üç ölkə arasında hərbi əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edən nazir daha sonra bildirib: “Bizim birgə əməkdaşlığımız Azərbaycan, türk və gürcü xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm