Nida Xəbər
Ermənistanı qarışdıran Quba alması ilə bağlı YENİ İDDİA: İrəvanın HİYLƏSİ
Ermənistana idxal edilən və yarmarkalarda satılan
Azərbaycan almaları ilə bağlı mövzu hələ də qapanmayıb.
Publika.az xəbər verir ki, Ermənistan hakimiyyəti
Azərbaycan alması ilə bağlı yeni iddia ilə çıxış edib.
Dövlət Gəlirləri Komitəsi iddia edib ki, İrəvan yarmarkalarında
satılan Azərbaycan almaları əslində Polşa mənşəlidir, sadəcə
olaraq, üzərinə Azərbaycan firmasının emblemi vurulub.
Ermənistan mediası bunun hakimiyyətin buraxdığı səhvi təmizə
çıxarmaq gedişi olduğunu yazıb.
“Joxovurd” qəzeti yazır ki, hazırda gömrüklərdə üzərində emblem
olmayan almalar Ermənistana buraxılmır: “Bunu etibarlılıq üçün
edirlər. Lakin Azərbaycan almaları ilə bağlı yaranmış qalmaqaldan
sonra belə gömrükdə qanunsuzluğun, özbaşınalığın qarşısı
alınmayıb”.
Qeyd edək ki, bu ilin 23 aprelində Ermənistan mediası İrəvan
yarmarkalarında Azərbaycan almalarının satıldığına dair məlumat
yaydı. Bundan sonra Ermənistanda ciddi təşviş yarandı. Hakimiyyət
nümayəndələri İrəvan yarmarkalarının bir-bir gəzərək, üzəində
Azərbaycanın “DAD Fruits” firmasının emblemi olan almaları
toplayaraq, məhv etdi. Bu hadisəyə görə almaları Ermənistana aparan
4 şəxs, həmçinin, 8 səlahiyyətli həbs olunub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“DAD Fruits” firması isə almaların Ermənistana necə gedib
çıxmasına aydınlıq gətirdi.
Firma öz məhsullarının müxtəlif xarici ölkələrə, o cümlədən, qonşu
Rusiya və Gürcüstana ixrac etdiyini açıqladı.
“Ola bilsin ki, almalar Ermənistana Gürcüstandan gedib”, - deyə
formanın açıqlamasında bildirilir.
Asif
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...