Sarkisyanın gizli Qarabağ HƏDƏFİ ORTAYA ÇIXDI – Düşmənin sonu olacaq TOQQUŞMA
Bizi izləyin

Nida Xəbər

Sarkisyanın gizli Qarabağ HƏDƏFİ ORTAYA ÇIXDI – Düşmənin sonu olacaq TOQQUŞMA

“Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ siyasəti ölkəni sonu görünməyən macəraya sürükləyir”.

Publika.az
xəbər verir ki, bu barədə erməni jurnalist Sarqis Artsruni yazıb.

Erməni jurnalist qeyd edib ki, ümumiyyətlə Ermənistan hakimiyyəti Qarabağ məsələsində konseptual yanaşmaya malik deyil: “Hakimiyyət bu məsələdə əsasən şəraiti və ani maraqları rəhbər tutur. Parlament seçkilərində seçkiqabağı kampaniyada da Dağlıq Qarabağ məsələsi ani maraq olaraq istifadə olundu. Birinci prezidenti Levon Tert-Petrosyan ərazilərin qaytarılmasından danışdı, hakimiyyət onu “xəyanət”də ittiham edir. Bizim siyasi fikrimizin faciəsi ondan ibarətdir ki, Qarabağ problemində Levon Ter-Petrosyanın konsepsiyası yeganə proqram olaraq qalır, buna heç bir alternativ yoxdur, yaxud da ortaya qoyulmayıb. Siyasi güclərin əksəriyyəti üçün Qarabağ problemi şüarlar səviyyəsində qalıb”.

S.Artsruni əlavə edib ki, Serj Sarkisyanın Qarabağ siyasəti ziqzaqa oxşayır.

“Bu siyasət açıq və gizli hədəfdən ibarətdir. Açıq şəkildə şəraitə görə oynayır, gizlində isə status-kvonu bərkitməyə çalışır. Əgər seçkilərə qədər Ermənistan hakimiyyətinin siyasəti daha konkret idi və faktiki olaraq, bakı ilə istənilən danışığı rədd edirdi. Lakin seçkidən sonra yeni mərhələ başlandı və Moskvada Lavrov-Nalbandyan-Məmmədyarov görüşü keçirildi. Həmin görüşdə nəsə əldə olunmasa belə, bu Ermənistanın mövqeyinin yumşalması deməkdir. Sarkisyan da parlamentin yeni çağırışının ilk iclasında “Kazan sənədi” haqda danışdı. Ola bilsin ki, o Bakının bundan imtina edəcəyinə ümid etdiyi üçün belə danışır, amma həm də beynəlxalq ictimaiyyətə mesaj verir ki, biz danışıqlara və münaqişənin həllinə razıyıq”, - deyə o diqqətə çatdırıb.

Lakin erməni jurnalist Ermənistan üçün təhlükəli olan başqa bir məsələnin olduğunu da qeyd edib: “Əgər İrəvan status-kvonun möhkəmləndirilməsi siyasəti aparırsa, bu Bakı ilə uzunmüddətli qarşıdurma deməkdir. Yəni Azərbaycana qarşı sistemsiz Ermənistan dayanacaq. Hakimiyyətin isə Qarabağla bağlı heç bir konsepsiyası yoxdur. Sarkisyanın Qarabağ “ziqzaqı” təhlükəli macəraya çevrilə bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm