Roma Papası Azərbaycan prezidentini təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Roma Papası Azərbaycan prezidentini təbrik etdi

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm