BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul etdi
Bizi izləyin

Nida Xəbər

BMT Baş Assambleyası Azərbaycanın həmmüəllifi olduğu qətnaməni qəbul etdi

Müvafiq qətnamə bu gün qəbul edilib.

BMT-nin Baş Assambleyası sentyabrın 30-nu rəsmi olaraq Beynəlxalq Tərcümə Günü elan edib.

Publika.az xəbər verir ki, müvafiq qətnamə bu gün qəbul edilib.

Peşəkar tərcüməyə həsr edilmiş birinci qətnamədə bunun xalqların yaxınlaşmasında, qarşılıqlı anlaşma və əməkdaşlıqda, inkişafın təmin edilməsində, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsində vacib rolu qeyd olunur.

Sənədin müəllifləri qismində Azərbaycan, Banqladeş, Belarus, Vyetnam, Qətər, Kosta-Rika, Kuba, Paraqvay, Türkmənistan, Türkiyə və Ekvador çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm