Məxfi Qarabağ görüşündə MÜHARİBƏ QƏRARI: Sarkisyan Azərbaycanı "vur" ƏMRİ VERDİ
Bizi izləyin

Nida Xəbər

Məxfi Qarabağ görüşündə MÜHARİBƏ QƏRARI: Sarkisyan Azərbaycanı "vur" ƏMRİ VERDİ

Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib.

Ermənistan prezident Serj Sarkisyan Müdafiə Nazirliyində generallarla məxfi toplantı keçirib.

Publika.az
xəbərinə görə, görüşün təfərrüatları bilinmir, lakin Ermənistan mediası məxfi görüşlə bağlı müəyyən məlumatlar əldə edib.

“Lragir” saytının əldə etdiyi məlumata görə, görüşdə Ermənistanın daxili və xarici siyasəti, həmçinin, təhlükəsizlik məsələləri müzakirə olunub.

“Daxili siyasətin müzakirə edilməsində əsas məqsəd Sarkisyanın hakimiyyətini uzatmaq planlarıdır. Ordu bu işdə böyük rol oynayır və güman ki, Sarkisyan 2018-ci ildən sonrakı planlarına ordunu da daxil edib”, - deyə sayt yazır.

Qeyd edək ki, bu informasiya fonunda Sarkisyanın bir müddət öncə Seyran Ohanyanı istefaya göndərərək, öz varisi adlandırdığı Viqen Sarkisyanı müdafiə naziri postuna gətirməsi yada düşür.

Sayt qeyd edir ki, görüşdə Dağlıq Qarabağ məsələsi də müzakirə olunub: “Qarabağ ətrafında yeni vəziyyət yarandı və müharibənin olması istisna edilmir. Sarkisyan görüşdə ordu rəhbərliyinə Azərbaycana zərbələrin endirilməsi məsələsini də müzakirə edib”.

Məlumata görə, görüşdə həmçinin, ermənim hərbi birləşmələrinin çoxsaylı itkilər verməsi müzakirə olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm