Gömrük Komitəsinin sədri İsrail səfiri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Gömrük Komitəsinin sədri İsrail səfiri ilə görüşdü

Bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az DGK-ya istinadən bildirir ki, A.Əliyev iki ölkə arasındakı əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü deyib.

Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Komitə sədri bu baxımdan tərəflər arasında 2011-ci ildə imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini bildirib.

Qəbula görə təşəkkürünü bildirən səfir Dan Stav ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini söyləyib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm