Mədət Quliyev: "Casus şəbəkəsi ilə bağlı məlumatları Müdafiə Nazirliyinə biz verdik" - - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Mədət Quliyev: "Casus şəbəkəsi ilə bağlı məlumatları Müdafiə Nazirliyinə biz verdik" - - YENİLƏNDİ

"Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verilirdi. Bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi".

Publika.az Apa-ya istinadən bildirir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu və təbii ki, burada casuslar da var: "Ancaq biz onları zərərsizləşdiririk".

***

"IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb".

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

Onun sözlərinə görə, DTX bu kimi halların qarşısını almaq üçün bir il əvvəldən başlayaraq müvafiq tədbirlər keçirməyə başlayıb: "Digər dövlətlərin xüsusi xidmət orqanları ilə bir yerdə, qarşılıqlı işləyirdik".

M.Quliyev bildirib ki, İslamiadada fantastik uğurlar qeydə alınıb: "Medalların sayını gördünüz. Dünyanın heç bir yerində gənclərlə belə siyasət aparılmır, gənclərə bu cür diqqət yetirilmir. Təbii ki, bu uğurlar aparılan siyasətin məntiqi, davamlı nəticəsidir. Azərbaycanın birinci yerə çıxmağı təbii və məntiqlidir. Çünki Azərbaycanda idmana, gənclərə, tərəqqiyə böyük diqqət var. Bu baxımdan belə də olmalıydı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm