Ankarada Qarabağ Parkı açıldı - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Ankarada Qarabağ Parkı açıldı - - FOTOLAR

Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.

Deputatlar Qənirə Paşayeva, Elman Nəsirov, Əmrullah İşlər və başqaları çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu bölgənin və ona bitişik rayonların təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması, problemin həlli istiqamətində Azərbaycan dövlətinin göstərdiyi sülh səylərindən danışıblar. Çıxışçılar qeyd ediblər ki, Pursaklar bələdiyyəsi tərəfindən Qarabağ Parkının salınması Türkiyə xalqının Azərbaycana göstərdiyi dəstəyin bariz nümunəsidir.

Çıxışlarda Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində səyləri qeyd edilib.

Sonra türkiyəli deputatlara Heydər Əliyev Fondunun hazırladığı muğam musiqisinin kataloqunu və Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar hədiyyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm