Nida Xəbər
Qarabağda döyüşən qadın snayperlər – “AĞCORABLILAR”
1990-2000-ci illərdə Rusiya ordusuna qarşı döyüşən
“Ağcorablılar” adlı snayper qadınlar haqda müxtəlif rəvayətlər,
əfsanələr dolaşırdı.
Publika.az xəbər verir ki, “Ağcorablılar” Dağlıq
Qarabağda, Dnestryanıda, Çeçenistanda, Gürcüstanda və digər
münaqişəli ərazilərdə ruslara qarşı döyüşürdü.
Fərziyələrə görə, snayper qadınlar əsasən Baltikyanı ölkələrdən
olan gənc qızlardan ibarət idi. Onlar haqda ilk məlumatlar 90-cı
illərdə gürcü-abxaz müharibəsində ortaya çıxdı. Rəsmi mənbələr də
bu regionda qadın snayperlərin olmasını təsdiq edirdi. O da təsdiq
edilirdi ki, bu xanımlar gürcülər tərəfindən döyüşür. Lakin
informasiyanın rəsmi tərəfi sadəcə bir neçə cümlədən ibarət idi.
Yerdə qalanların hamısı isə tamamilə ehtimallar, şayiələrdən ibarət
idi.
Şayiələrə görə, snayper qadınlar Rusiyaya nifrət edir və saatı 50
dollara muzdlu olaraq döyüşürdü.
1995-ci ildə “Kommersant” nəşri təsdiq edilməmiş məlumatlara əsasən
yazırdı ki, Qroznıda slavyan görünüşlü qadın snayperlər vuruşur.
Daha sonra hərbçilər Qroznıda Latviya, Estoniya və Litva mənşəli
qadınların öldürülməsi haqda şayiələr yaydılar. Bu informasiyalar
Dnestryanıda da yayıldı. Həm Rusiya, həm də Baltikyanı ölkələr bu
informasiyaları təsdiq etmədi. Rəsmilər hesab edirdilər ki, bu,
ölkələr arasında düşmənçiliyi yaymaq istəyənlərin işidir və snayper
qadınlar həqiqətən mövcud olsa belə, çox güman ki, onlar Baltikaynı
ölkələrə məxsus görüntü yaradan yerlilərdir.
Snayper qadınlardan biri “Lolita” ləqəbli gənc qız idi. O,
1995-2001-ci illərdə Basayevin dəstəsində xidmət edirdi.
“Moskovskaya komsomolskaya” yazırdı ki, “Lolita” haqda
informasiyalar geniş rezonans yaratdı. Nəşr qeyd edirdi ki, Şamil
Basayev 90-cı illərdə qadın snayperlərdən ibarət dəstə yaradıb və
bura Ukrayna, eləcə də Baltikyanı ölkələrdən qatılmaq istəyənlər də
qəbul edilirdi. Bu dəstənin rəhbəri Basayevin doğma bacısı Mədinə
idi. Ehtimallar var ki, “Ağcorablılar” onlar olub.
Federal Təhlükəsizlik Xidmətinin polkovniki S.Şarvin isə danışır
ki, “Ağcorablılar” yaxşı pul üçün rus əsgərlərini vurmağa hazır
olan rus qadınlar da ola bilərdi.
Heç bir halda isə “Ağcorablılar” haqda rəsmi informasiya yoxdur.
Lakin çoxları Dağlıq Qarabağda, Gürcüstanda, Dnestryanıda ruslara
qarşı döyüşən qadın snayperlərdən israrla danışır.
Asif
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama