Nida Xəbər
Həmsədrlər iyunun əvvəlində regiona səfər edəcək
ATƏT-nın Minsk qrupunun həmsədrləri iyunun əvvəlində Ermənistana və Azərbaycanın erməni silahlı bölmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edəcək.
APA-nın “news.am”-a istinadən verdiyi məlumata görə, bu barədə İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və ATƏT-nın baş katibi Lamberto Zanyerin görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirilib.
Səfərin yaxın 10 gün ərzində baş tutacağı gözlənilir. Həmsədrlər İrəvana, oradan isə Xankəndinə səfər edəcəklər.
E. Nalbandyan bildirib ki, həmsədrlərin səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklif olarsa, xarici işlər nazirləri, daha sonra isə prezidentlər səviyyəsində görüşlərin mümkünlüyü müzakirə oluna bilər.
Qeyd edək ki, həmsədrlər regiona səfər çərçivəsində Bakıya da gələcəklər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!