Nida Xəbər
Trampın yeni HƏDƏFLƏRİ BƏLLİ OLDU: ordu Qafqaza göndərilir, Azərbaycan...
ABŞ NATO-dakı tərəfdaşlarına Qafqazda və Suriyada
fəallaşmağı təklif edir.
Publika.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi
İttifaqının Yaxın Şərq və Avropa institutunun direktoru Vladimir
Lepexin ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərinin
nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, Tramp Səudiyyə Ərəbistanına getdi, sonra
İsrailə: “Daha sonra NATO-nun sammitinin keçirildiyi Brüsselə,
ardınca da G7 sammitinin keçirildiyi Siciliyaya səfər etdi. Onun bu
səfərləri tapmaca olaraq qaldı. Səudiyyədə Tramp ərəb ölkələrinin
əksəriyyətinin liderləri ilə görüşdü, İsraildə adət edilmiş
protokol qaydaları müşahidə olundu. Roma Papası ilə Vatikanda
keçirilən görüş daha çox mistik tərəfi ilə gündəmə gəldi. G7
sammiti isə əsasən tənqid edildi. Təkcə NATO-nun sammiti coşqu ilə
qarşılandı. Trampın sammitdə çıxışı faktiki olaraq NATO-ya yeni yol
xəritəsi göstərmək idi”.
V. Lepexin hesab edir ki, Tramp NATO-nun Yaxın Şərqdə və Qafqazda
aktivləşməsini istəyir.
“Trampın komandasının fikrincə, Vaşinqtonun Yaxın Şərqdə yeni
geosiyasi sxeminin əsas oyunçusu İsrail olmalıdır. Əsas hədəf isə
İrandır. Mümkündür ki, ABŞ böyük İsrailin xeyrinə Suriya və digər
bölgələrdə bir sıra əraziləri zəbt etsin. Qafqazda isə əsas açar
ölkə Azərbaycandır. Bu baxımdan, Azərbaycanın Ər-Riyaddakı sammitdə
iştirakı təsadüfi deyildi. Həmçinin, Gürcüstan da potensial NATO
üzvü kimi gələcəkdə istifadə edilə bilər. Bu ittifaq Qafqazda və
Yaxın Şərqdə vəziyyəti dəyişə bilər”, - deyə Lepexin
vurğulayıb.
Asif
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR