Türk generalın Qarabağda çəkilmiş NADİR FOTOSU - Ermənilərə qan udduran “RÜZGAR BİRLİYİ"
Bizi izləyin

Nida Xəbər

Türk generalın Qarabağda çəkilmiş NADİR FOTOSU - Ermənilərə qan udduran “RÜZGAR BİRLİYİ"

Mayın 31-də Türkiyənin Şırnak bölgəsində qəzaya uğrayan helikopterdə 13 nəfərlə birlikdə həlak olan general Aydoğan Aydının Qarabağda ermənilərə qarşı döyüşdüyünü əks etdirən fotosu yayılıb.

Publika.az
xəbər verir ki, foto 1992-ci ildə Qarabağ müharibəsində çəkilib.

Fotodakı digər türk hərbçi isə MHP-dən olan keçmiş millət vəkili, general Engin Alandır.

Türkiyəli politoloq, KAFKASSAM-ın əməkdaşı Ömür Çelikdönmez bu foto ilə bağlı maraqlı məlumatlar açıqlayıb.

Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək üçün Alparslan Türkeşin qurduğu “Rüzgar Birliyi”nin 500 xüsusi təyinatlı hərbçisi müharibəyə yollanmışdı.

“Rüzgar Birliyində təqaüddə olan hərbçilər və hərbi təlim keçmiş millətçi döyüşçülər var idi. Bu adsız qəhrəmanlar Ermənistan-Azərbaycan müharibəsinin gedişatına ciddi təsir göstərdilər və erməni hərbi birləşmələrinin irəliləməsinin qarşısını kəsdilər. Türkiyədən könüllü göndərilən “Rüzgar Birliyi”ndən savayı, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də Qarabağ müharibəsində Azərbaycan Ordusuna kömək edirdi. Şırnakdakı helikopter qəzasına şəhid oln general Aydoğan Aydın da həmin vaxt Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri olaraq Qarabağa yollanmışdı. Həmin vaxt Qarabağ müharibəsində general Engin Alan da iştirak edirdi. Şəhidlərin və şəhadətlərinə şahidlik edən qəhrəmanların mübarizəsi Balkanlarda, Qafqazda, Şərqi Türküstanda, Suriya və İraqda davam edir”, - deyə türkiyəli politoloq vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm